“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


12.09.2022  17:56 

“Yerdə qalan 15 min özlərinə çatırdı” - Məhkəmə





A+  A-

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib. Onlar əsasən, Gəncə, Mingəçevir şəhərlərində şəhid ailələri və əlillər üçün ƏƏSMN-ə evlərini satan şəxslər olub. Şahidlər bildirib ki, evlərin satış qiymətini onların satdığı məbləğdən xeyli baha qiymətə rəsmiləşdiriblər.

Məhkəmədə məlum olub ki, şahidlərin əksəriyyəti evlərini ƏƏSMN nümayəndələrinə 30-40 min manat arası məbləğlərə satıblar. Lakin alış qiyməti 15-20 min manat baha göstərilib.

Şahidlərdən biri Taleh Ələkbərovun sözlərinə görə, ondan 36 min manata aldıqları evi sənəddə 51 min manata rəsmiləşdiriblər: “Yerdə qalan 15 min özlərinə çatırdı”.

“Bizə dedilər ki, sənəddə artıq yazılan məbləğləri bankdan çıxardıqdan sonra onlara verməliyik. Biz də pulu nağdlaşdırdıqdan sonra özümüzə aid hissəni götürüb yerdə qalan hissəni onlara verirdik. Həmin pulların satdığımız evlərin təmirinə xərclənəcəyini bildirdilər”, - əksər şahidlər bu məzmunda ifadə verib.

Prosesdə ev alqı-satqısı üzrə vasitəçi şəxslər də dindirilib. Onlar eyni məzmunlu ifadələr veriblər: “Sosialın işçiləri bizə tapşırdılar ki, əlillər üçün evlər tapaq. Biz də şəhərdə evini satan adamları tapdıq. Vasitəçi kimi ev satışında bizə 500 manat qazanc qalırdı”.

“Makler”lərdən biri deyib ki, o, həm də təmir prosesində iştirak edib: “Mən usta, fəhlə komandası təşkil elədim. Bunu da məndən nazirlik işçiləri istəmişdi. Ordan da ümumilikdə 900-1000 manat mənə hörmət elədilər”.

Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, DSMF-nin sədri (2002-2013) və ƏƏSM naziri (2013-2018) işlədiyi dövrlərdə rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunub. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Sabiq nazir iş üzrə ümumilikdə vurulan 27 milyon manat ziyanın 20 milyon manatını istintaq dövründə ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub./“Qafqazinfo”

Xəbər 2520 dəfə oxunub.




11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +