İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


09.07.2022  00:03 

Bütün Almaniya bu azərbaycanlını axtarır- Video





A+  A-

“Onlar Ukraynadakı müharibədən qaçıb gəlmişdilər, biz onları evimizə qəbul etdik”.

Bunu Almaniyanın RTL telekanalına azərbaycanlı Elçin Ağayev tərəfindən balta ilə öldürülən Andrey F.Rintelnerin həyat yoldaşı Nadine Frak deyib.

Onun sözlərinə görə, 36 yaşlı Elçin Ağayev Ukraynada müharibə başlayandan sonra birgə yaşadığı sevgilisi Olqa adlı xanım və 2 uşaqla birlikdə qaçqın kimi Almaniyaya gəlib. Yerli sakinlərə Ukraynadan gələnləri qonaq etmək icazəsi verildiyindən, onlar bu ailəni tapıb evlərinə dəvət ediblər. Nadine müsahibəsində ailə ilə münasibətlərinin yaxşı olduğunu bildirib.

Bir müddət sonra Nadine Elçinlə həyat yoldaşının mübahisə etdiyini görüb. Daha sonra məlum olub ki, Elçin sevgilisi Olqanı Andreyə qısqanır.

Andreylə Elçinin mübahisəsi sonrakı günlərdə də davam edib. Sonuncu mübahisədə Elçin Andreyi balta ilə qətlə yetirib.

Xatırladaq ki, iyunun 18-də 36 yaşlı azərbaycanlı Elçin Ağayev 39 yaşlı Andrey F.Rintelneri qətlə yetirərək qaçıb. Həmin gündən Elçinin axtarışları davam edir. Ötən gün polis bir neçə ev və iş yerinə basqın edib. Onun yük maşını sürücüsü ilə Şərqi Avropa ölkələrindən birinə qaçdığı ehtimal edilir.

Həmyerlimiz Avropa Polis Təşkilatının bazasında “silahlı və olduqca təhlükəli” olaraq qeyd edilib. Detmold Prokurorluğu şübhəlinin tutulmasını asanlaşdıracaq məlumata sahib olanlara 5 min avro pul mükafatı verəcəyini açıqlayıb./“Qafqazinfo”

Qeyd: Mətni jurnalist Fərahim Qasımov tərcümə edib.



Xəbər 3469 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +