İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


07.07.2022  22:28 

Masallıda şəhid ailələri ilə görüş keçirilib - Fotolar





A+  A-

Masallı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının təşkilatçılığı ilə​ Qurban bayramı münasibətilə tədbir keçrilib.

XəzərNews.az xəbər verir ki, Masallı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, DQİDK-nin Masallı bölgəsi üzrə əməkdaşları, şəhid ailələrinin üz­vləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.



Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində​ Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, bizə qələbə sevinci yaşadan igid əsgərlərimizin sayəsində bu gün müzəffər dövlət kimi Qurban bayramını qeyd edirik. ​ ​

Milli Məclisin üzvləri Məşhur Məmmədov və Anar İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Hacı Rəşid Talıbov ən əziz və müqəddəs Qurban bayramının xeyirxahlıq, həmrəylik və fədakarlıq kimi ali dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışıblar.



Natiqlər Azərbaycanda milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanıldığını, başımızı uca edən şəhidlərimizin ailə üzvlərinə hörmət və ehtiramın daim uca tutulduğunu qeyd ediblər.

Sonda Şəhid ailələrinə Dini Qurumlarla İş üsrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondun maliyyə dəstəyi, Masallı rayonu Boradigah qəsəbəsi "Həzrəti Əli"məscidi dini icmasının təşkilatçılığı ilə 100 manat məbləğində birdəfəlik plastik alış-veriş kartları və Masallı şəhidlərini fotosu əks olunmuş 2022 və 2023-cü il təqvimi təqdim olunub.











Xəbər 3559 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +