Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


13.12.2021  23:41 

Qanuni oğru məhkəməyə çıxarıldı





A+  A-

Kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan qanuni oğru Rəşad İsmayılovun işi Moskva şəhər məhkəməsinə çıxarılıb.

Bu barədə Moskva Şəhər İnformasiya Agentliyi paytaxt prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Moskva prokurorluğu 43 yaşlı Rəşad İsmayılova qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (Cinayət iyerarxiyasında ən yüksək vəzifənin tutulması), 105-ci maddəsi (Bir qrup şəxs tərəfindən iki nəfəri qətlə yetirmək) və 222-ci maddəsi (Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, gəzdirmə) ilə ittiham olunur.

İstintaqın məlumatına görə, o, 2009-cu ildə şəriki ilə İzmailovskoye küçəsindəki kafenin qarşısında iki nəfəri öldürüb./“Kriminalqafqaz”

Xəbər 3267 dəfə oxunub.



19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +