Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


08.09.2021  16:22 

Cəmil Babayevin Azərbaycana qaytarılması ilə bağlı - Rəsmi açıqlama





A+  A-

Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Azərbaycana qaytarılması ilə bağlı rəsmi açıqlama verilib.
XəzərNews.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilir ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan vətəndaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan Aramais Qrati azad edilərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 7 sentyabr 2021-ci ildə Ermənistana təhvil verilib.

Eyni zamanda, 25 avqust 2021-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycana qaytarılıb.



Xəbər 4125 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +