İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


02.02.2021  10:08 

Azərbaycanlı hərbçilər sülhməramlıların köməyilə sərbəst buraxıldı





A+  A-

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.
XəzərNews.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki hərbçisi sərbəst buraxılıb”, - deyə açıqlamada bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Hərbi şöbənin açıqlamasında deyilir ki, yanvarın 30-da Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlı kontingentinin xüsusi tibbi birliyi 16 xəstə Azərbaycan əsgərini Vəng (Çinarlı) kəndindən Mağavuza (Çardaqlı) təxliyyə edib. Orada onlar azərbaycanlı həkimlərə təhvil verilib.

“Rusiya sülhməramlıları 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Bütün təmas xətti boyunca atəşkəsə riayət olunur”, - deyə Rusiya MN bəyan edib.



Xəbər 4068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +