Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


27.09.2018  16:23 

Aylardır oğurluq edən iki nəfər tutuldu





A+  A-

Bu ilin aprel ayından sentyabr ayınadək olan müddətdə Tovuz rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, rayonunun Aşağı Öysüzlü kənd sakinləri 27 yaşlı Anar Cəfərli və 29 yaşlı Eşqin Hüseynov aprel ayının 28-də yaşadıqları kənddəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və 296 manat nağd pul oğurlayıblar. Daha sonra onlar rayonun müxtəlif ərazilərində yerləşən digər 5 evdən də oğurluq ediblər. A.Cəfərli və E.Hüseynov sentyabr ayına qədər olan müddətdə müxtəlif vətəndaşlara məxsus evlərdən 6115 manat, 5550 ABŞ dolları, 70 000 rus rublu və 15 000 manatdan artıq dəyəri olan qızıl-zinət əşyaları oğulayaraq vətəndaşlara ziyan vurublar. Qohumlar oğurluq faktlarını əsasən ev sahiblərinin evdə olmadığı vaxt ərzində törədiblər. Hər iki şəxs saxlanılıb və oğurladıqları qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3230 dəfə oxunub.



19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +