Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


19.08.2017  18:26 

Lerikdə avtomobil dərəyə aşıb - İki ölü, iki yaralı var





A+  A-

Lənkəran-Lerik yolunun 24-cü km-də “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, avtoqəzada iki nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölənlərdən biri qadındır.

Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir.

İlkin məlumata görə, qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.

***

Lerikdə baş verən avtoqəzada ölənlərin kimliyi məlum olub.

Onlar avtomobilin sürücüsü, Lənkəranın Diryan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayev və Rusiyanın Xabarovsk şəhərinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır.

Xəsarət alanlar isə Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Xəbər 2883 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +