Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


12.08.2025  17:32 

350 valideyn etiraz edir, rəsmilər “sızma var”, - deyir





A+  A-

İyunun 26-da mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanları ilə bağlı araşdırmadan narazı olan bir qrup valideyn Baku TV-yə müraciət edərək şikayətlərini dilə gətirib.

XəzərNews.az xəbər verir ki, onların sözlərinə görə, heç bir sübut göstərilmədən övladlarının nəticələri ləğv edilib:

"Deyirlər ki, suallarda sızma var. İlk imtahanın nəticələrinin bərpa olunmasını istəyirik. Övladlarımız təhsil almaq istəyir, dövlətdən mal-mülk istəmirlər", - deyə valideyn Səbinə Kərimova etirazını bildirib.

Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov məsələ ilə bağlı açıqlama verib.

"İmtahan zamanı şagirdlərdə "şparqalka"lar aşkar etmişik. Həmçinin müəyyən etmişik ki, bəzi şagirdlər imtahandan əvvəl sualların əldə olunması ehtimalı var. Ona görə də Elm və Təhsil Nazirliyinin tapşırığı ilə komissiya yaradılaraq nəticələr təhlil edilib. 350-yə yaxın valideyn və şagird Təhsil İnstitutuna dəvət olunub. Həm valideynlərlə söhbət aparılıb, həm də şagirdlərə imtahandakı suallardan ibarət yoxlama testi verilib. Daha sonra müəyyən olunub ki, nəticələrdə uyğunsuzluq var", - deyə qurum rəsmisi bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:



Xəbər 902 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +