Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


12.08.2025  17:10 

Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur





A+  A-

Biləsuvar rayonunda Azərbaycanın ən böyük Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlanılıb.

XəzərNews.az xəbər verir ki, bu mərhələdə Çin, Türkiyə, İspaniya və digər ölkələrdən dəvət olunan peşəkar mütəxəssislər yerli komanda ilə birgə çalışır.

Layihənin tam gücü ilə icrası zamanı Biləsuvar rayonundan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov, Çin Xalq Respublikasının “China Energy Development” şirkətinin layihə rəhbəri Du Ning və Fan Tao ərazidə görülən işlərlə tanış olublar.

Tədbirdə icra başçısı F. Qürbətov bu böyük layihənin alternativ enerji mənbələrinin istifadəsinin genişlənəcəyini və ekoloji baxımdan təmiz enerji istehsalının bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib.

“Masdar” şirkətinin ölkə müdiri Murad Sadıqov bildirib ki, ötən ilin iyununda ölkə başçısının iştirakı ilə təməli qoyulan bu layihə Qafqazın ən böyük günəş elektrik stansiyasıdır və ən müasir texnologiyaların tətbiqi ilə ərsəyə gətiriləcək.

Tədbirdə tərəfdaş şirkətlərin nümayəndələri layihə barədə məlumat veriblər. Daha sonra Faiq Qürbətov və Murad Sadıxov ilk günəş paneli dayağına imza ataraq işlərə start veriblər.






Xəbər 920 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +