Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


28.02.2025  11:58 

AMİU-nun iki tenderi bir gündə ləğv olunub





A+  A-

Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki tenderi bir gündə ləğv olunub.

Bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Bildirilir ki, həmin tenderlərdən biri maşın və avadanlıqların satın alınması ilə bağlı olub. 48 min manatlıq müsabiqənin ləğvinə səbəb isə qatılanların sayının 3-dən az olması olub. Bu da “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulması kimi tanınır.

Univeristetin keçirdiyi ikinci tender isə təsərrüfat mallarının alınmasından ibarət olub. 8000 manat dəyərində olan bu müsabiqəyə əsasən AMİU bir sıra məhsullar almaq fikrində olub. Məsələn, siyahıda sensor əl yuyanlar, tələbə və heyət üçün koridorlarda su dispenserləri, hərəkət sensorlu plafonlar, velosiped üçün parkinq yeri, zibil qabılar və “kubik rubik” alacaqları göstərilib.

Xatırladaq ki, AMİU-nun rektoru Gülçöhrə Hüseyn qızı Məmmədovadır./Tribunainfo.az


Xəbər 1714 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +