“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


24.07.2019  13:11 

Abid Şərifov: “Jurnalistin işdən çıxarılması məni maraqlandırmır”





A+  A-

Sosial şəbəkələrdə “Kanal13”ün əməkdaşı Nurlan Librenin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntüləri müzakirələrə səbəb olub.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Abid Şərifov Modern.az-a açıqlamasında geniş danışmaq istəməsə də, ilk dəfə belə halla rastlaşdığını dilə gətirib:

“Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar üçün ayrıca müsahibə verməyə ehtiyac varmı?!”

O, jurnalistin işdən azad edilməsi məsələsi ilə maraqlanmadığını bildirib:

“Mən heç maraqlanmıram da ki, o kimdir, nəçidir, işdən çıxarılıb yaxud çıxarılmayıb. Bunlardan xəbərim yoxdur. Heç vaxtım və həvəsim də yoxdur ki, onunla maraqlanım. Çıxarıblarsa da özləri bilər, saxlayıblarsa da özləri bilərlər. Amma mən belə şeyi nə görmüşdüm, nə də eşitmişdim. Qismətdə bunu da görmək varmış. Allah sonrasından saxlasın. Belə getsə, jurnalistlər çox şey edəcəklər, zorla intervyu də alacaqlar, hələ başqa şeylər də edəcəklər. O hərəkət zorla intervyu almaq idi də, istəyim olmadığı halda maşının belinə minir, maşını saxlayır. Ayıbdır, heç bir çərçivəyə sığmır bu hərəkətlər”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.

“Kanal13”ün rəhbəri Anar Orucovun bildirdiyinə görə, həmin əməkdaş artıq işdən azad edilib.



Xəbər 3673 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +