Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı
Mourinyo rəsmən “Benfika”ya gəldi
Eyfel qülləsi bağlanıb
“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?
Kişi olmadığını məhkəmədə sübut edəcək
Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert
“Parkovşik“ işləyən futbolçu...


21.12.2018  14:54 

İş adamının qətli ilə bağlı tutulanlar var





A+  A-

İş adamı, keçmiş MTN əməkdaşını güllələməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı AzNews.az yayıb. Bakı şəhər sakini, 1973-ci il təvəllüdlü Vahabov Fariz Mirzahid oğlunun Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnməsi ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindən sayta bildirilib ki, hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırma başlayıb. Sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb. Məlum olub ki, mərhum odlu silahdan açılan atəşlə qətlə yetirlib, müayinə zamanı bıçaq xəsarətləri aşkar edilməyib. Meyit müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilib.

Sayt yazıb ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, artıq baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Vahabov Fariz Mirzahid oğlunun ötən il Xətai rayon Məhkəməsində Məmmədova Aygün Kazım qızı adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunur ki, qətl də elə əmlak davasına görə törədilib.

Xəbər 2951 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub


BÜTÜN XƏBƏRLƏR +