Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı
Mourinyo rəsmən “Benfika”ya gəldi
Eyfel qülləsi bağlanıb
“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?
Kişi olmadığını məhkəmədə sübut edəcək
Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert
“Parkovşik“ işləyən futbolçu...


19.04.2018  12:15 

Adil Vəliyev istədiyini edir…- NARAZILIQ





A+  A-

“Guya burda bazar açıblar, yarmarka təşkil ediblər. Heç müştəri də gəlmir. Baxın görün, 5-6 piştaxta ola ya olmaya. Bunu da kənara qoyuram, yan-yörədəki dükanların çoxu bağlıdır, arendaya verilib. Ancaq neçə aydır ki, yolu bağlayıblar, maşınların keçməsinə dar yer saxlayıblar. Bir tərəfdən dəmir hasarlar qoyublar, o biri tərəfdən yekə bir azman daş. Avtomobillər qarşı-qarşıya gələndə gözləyirlər, bir-birinə yol verirlər. Yarmarka təşkil eləmisən, lap yaxşı, bu yolu niyə bəs bağlamısan?”
XəzərNews.az xəbər verir ki, bu sözləri AzEuroNews.com-a Bakıxanov qəsəbəsi sakinlərindən biri olan Anar Nabatov bildirib.

Onun sözlərinə görə, axşam saatlarında bu yol zil qaranlıq olur. Ərazidə lampalar da yoxdur ki, yolu görəsən. Maşınların işıqları olmasa ağır qəzadan sığortalanmaq mümkün deyil:

“Axşam bu yoldan keçəndə göz-gözü görmür. Görmə qabiliyyəti zəif sürücü olsa maşını o daşa, dəmirə çırpacaq. Bu yolun bağlanmasının, ortaya daş qoyulmasının bir məntiqi izahı olmalıdır”

Sakinlər deyirlər ki, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən təşkil olunan bu yarmarka Bakıxanov qəsəbəsi ilə Qaraçuxur arasındakı maşın yolundadır.

Yolun sağ və solunda çoxlu obyektlər var. Amma əksəriyyətinin qapısı qıfıllıdır və kirayəçisini gözləyir. Yəni, bu ərazi qaynar nöqtə deyil, müştəri tək-tük gəlir.

Ona görə də yolu iki tərəfdən daş və dəmirlə bağlamaq məntiqsizlikdir. Həm Bakıxanov, həm Qaraçuxur sakinləri tələb edirlər ki, tezliklə o məhdudiyyətlər qaldırılsın.

Qaraçuxurda yaşayan İmran Tağızadənin dediyinə görə, Sabunçu RİH-nin yolu bağlamasının səbəbi var: “İstəyirlər ki, diqqət çəksinlər, guya bura çox vacib yerdir.

Çünki neçə vaxtdır həmin obyektlər təhvil verilib, amma sahibkarlar fikirləşirlər ki, biznes üçün əlverişli yer deyil. Odur ki, dükanların çoxu boş qalıb. İndi təzə-təzə 3-4 dükanda təmir getməyə başlayıb”.

Sakinlərin sözlərinə görə, obyektlər Sabunçu RİH başçısı Adil Vəliyevə yaxın şəxslərə məxsusdur.

Amma nə gələn var, nə dükanları arendaya götürən. Odur ki, orta əsr ağlına uyğun addım atıblar, yolu bağlayıblar, bəlkə gələn ola…

Xəbər 4074 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub


BÜTÜN XƏBƏRLƏR +