“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb


07.02.2018  17:32 

Millimiz Olimpiadaya yola düşür





A+  A-

Bu gün Cənubi Koreyanın Pyanqçanq şəhərində 2018 Qış Olimpiya Oyunlarına start verilib.
XəzərNews.az xəbər verir ki, ilk gün biatlon, kirşə və xizəklə tullanma yarışları başlayıb.

Azərbaycan nümayəndə heyəti sabah XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyaya yola düşəcək.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə bu qurumun baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər daxildir.

Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda Azərbaycan dağ xizəkçiliyinin slalom və böyük slalom növləri üzrə yarışlara qatılacaq. Bu növdə ölkəmizi avstriyalı legioner Patrik Braxner təmsil edəcək.

Pyanqçanq-2018 Olimpya Oyunlarında 92 ölkədən 2952 idmançının iştirak etməsi gözlənilir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Ən çox - 242 atletlə ABŞ oyunlara qatılacaq. Kanada nümayəndə heyəti 226, Norveç isə 111 idmançı ilə təmsil olunacaq.

Rusiyanın 169 idmançısı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirak edəcək. Təşkilatçı ölkə olan Cənubi Koreya öz tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında 144 idmançı ilə 15 idman növündə çıxış edəcək.

Koreya Xalq Demokratik Respublikası isə beş idman növü üzrə 22 idmançı ilə mübarizə aparacaq. Siyasi problemləri olan hər iki dövlətin idmançıları vahid bayraq altında çıxış edəcək.

Qeyd edək ki, Pyanqçanq-2018 Olimpiya Oyunlarında altı ölkə - Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur ilk dəfə iştirakçı olacaq. Fevralın 25-dək davam edəcək Olimpiadanın açılış mərasimi ayın 9-da keçiriləcək.

Xəbər 3040 dəfə oxunub.



17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +