Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


13.05.2019  17:34 

Ukrayna Avropaya ultimatum verdi





A+  A-

“Almaniya, Fransa və Avropa Şurasının digər ölkələrinin nümayəndələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvinə nail olsa, o zaman Ukrayna Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək”.
XəzərNews.az-ın “Yevropeyskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin bəyan edib.

“Əgər siz bir neçə dövlətin istədiyi kimi sanksiya təzyiqinin ləğvinə getsəniz, mən elə həmin gün çıxıb deyəcəm ki, biz artıq “Minsk”də yoxuq və onu nəinki Rusiya, həm də siz öldürdünüz”, - deyə Klimkin Avropa ölkələrindən olan həmkarlarına müraciətində bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya Donbass sakinlərinə öz pasportunu verməyə başlayandan sonra bu ölkəyə qarşı sanksiyaları aradan qaldırmaq olmaz: “O zaman bugünə qədər etdiyimiz bütün hər şey məntiqi olaraq məhv edilmiş olacaq”.

Xatırladaq ki, Çexiyanın XİN rəhbəri Tomaş Petrşiçek bu gün açıqlamasında qeyd edib ki, Avropa İttifaqı pasport məsələsinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır. Analoji çıxışı Rumın Xarici İşlər naziri Teodor Meleşkanu da edib.

Xəbər 2875 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +