Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


05.08.2025  10:57 

Zatulin Köçəryanın köməkçisi olanda... - Açıqlama





A+  A-

“Bu gün Rusiyanın Ermənistanla bağlı mövqeyini formalaşdıra bilməməsi aydın diqqəti çəkir. Ermənistan artıq növbəti dəfə Qərbi regiona gətirib, Qərblə də bir iş görə bilmir. Qərb regiondadır, burada özü üçün əlavə yollar axtarır. Qərb arxayındır ki, Ermənistanın vasitəsilə nəsə iş görəcək. Çünki bu birinci dəfə deyil. Vaxtilə Osmanlı imperiyasını dağıdan da Rusiya, Qərb erməniləri o tərəfə, bu tərəfə dartdılar, nəhayət Osmanlı imperiyası dağıldı. SSRİ-nin də dağılması Ermənistandan başladı “İvan, şinelini götür, get evinə”, “İvan, çamadanını götür, get evinə” şüarları 1988-ci ildə Yerevanda Teatr meydanını silkələyirdi. Aydındır ki, o zaman ermənilər ABŞ-ın xüsusi xidmət orqanlarının sərəncamında idi və variantı da özü verdi. Nəhayət, Ermənistanda hakimiyyət sabitləşdi, R.Köçəryan hakimiyyətə gəldi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

Politoloq bildirib ki, R.Köçəryan hakimiyyətə gəldiyi gündən K.Zatulin onun yanında idi:

“Artıq formalaşmış, sabit siyasət aparmağı bacaran Ermənistan var idi. Kiçik dövlət olduğuna görə aviaşirkəti olmayıb. Rusiya Ermənistanda aviadaşıma üçün “Sibiravia” şirkətini göndərdi. Az keçmiş R.Köçəryanın “Sibiravia” şirkətini özününküləşdirmək ürəyindən keçdi. Bu zaman K.Zatulin onun yanında idi. Vergi yükü ilə “Sibiravia” şirkətini qovdular. “Sibiravia” şirkəti Rusiya rəhbərliyinə vəziyyəti izah etsə də, alınmadı. Kreml üçün erməni rusdan daha etibarlı idi. R.Köçəryanın dediyi keçdi. Sonra “Qazprom Armenia”da Rusiyanın payı azaldıldı. V.Putin Rusiyada hakimiyyətə gəldikdən sonra MDB miqyasında ən böyük problem YUKOS-un işi idi. YUKOS-un vəsaitinə ölkədən kənara çıxmağa icazə vermirdilər. R.Köçəryan YUKOS Cis yaratdı, K.Zatulin də yanında idi. Təxminən 5 milyard dollar YUKOS-un pulu Amerika banklarına oturdu”.

M.Əhmədoğlu qeyd edib ki, o zaman həm də Amerika Ermənistanda səfirlik tikirdi, səfirlik binası layihə üzrə tikilməli idi:

“R.Köçəryan o layihəni aldı, əvəzində Ermənistanın imkanları hesabına dünyada ikinci ən böyük səfirlik binasını tikdi. Əslində dünyada ən birinci səfirlik binası olmalı idi. Sadəcə R.Köçəryana layihəni elə vermişdilər ki, o dünyada ən böyük səfirlik binası olacaq. K.Zatulinlə birlikdə bir neçə dəfə o binanın tikintisini diqqətdən keçiriblər. Nəticədə, K.Zatulin qazancsız qalmayıb, xaricdə əlavə evi, ailəsi və s. hamısı Ermənistanın hesabına idi”.

M.Əhmədoğlu qeyd edib ki, diqqət çəkən R.Köçəryanı hakimiyyəti S.Sərkisyana verərkən baş verdi:

“K.Zatulin o zaman Baş nazir işləyən S.Sərkisyanın kabinetinə girir və az qala tapança ilə onu hədələyir ki, sən R.Köçəryanın yolundan çıxmamalısan. Doğrudan da R.Köçəryanın yolundan çıxmır. Heç kəsin ağlına gəlməyən addımları atır. “Los-Anceles geosiyasi klubu” yaradıb, bu klub çərkəz soyqırımının tanınmasını qaldırır. S.Sərkisyan çərkəz soyqırımını tanımasının bir addımlığında idi. Gürcüstan Rusiyanın guya düşməni idi, çərkəz soyqırımı ilə bağlı çərkəzlilərə öz ərazisində toplantı keçirməyə icazə verirdi, amma orada çərkəz soyqırımı sözünü qadağan etmişdi. Ermənistan isə çərkəz soyqırımını tanımağı müzakirə edirdi. Əvəzində “erməni soyqırımı”nın tanınmasına da bir-iki dövlət qoşulacaqdır”.


Politoloq qeyd edib ki, S.Sərkisyan “Şərq tərəfdaşlığı”-nın ideya müəllifinə çevrildi:

“S.Sərkisyan açıq bəyan etdi ki, SSRİ dövrü ermənilər üçün cəhənnəm olub. SSRİ-nin dağılmasında ermənilərin müstəvilərdən biri olduğunu S.Sərkisyan Moskva mətbuatında bəyan etdi. 8 milyard dollarlıq Qərb investisiyasının fonunda Ermənistanın Rusiyanın enerji asılılığından çıxarmaq da S.Sərkisyanın ortalığa qoyduğu variant idi. S.Sərkisyanın dövründə Ermənistan rus dilinə qarşı kampaniyaya qoşuldu və onu maksimuma qaldırdı. K.Zatulinin mövqeyini öyrənsinlər. K.Zatulinin bu gün ayağı hara dəyibsə, o yerlərin hamısında Rusiya üçün problem var. Rusiyanın normal başa düşülən siyasəti yoxdur. Bütün MDB dövlətləri ilə Rusiya düşmən vəziyyətindədir. Ona görə K.Zatulin real faktordur. Zatulin Ermənistanı Azərbaycanın üstünə qızışdırmaqla Cənubu Qafqazda xaosu inkişaf etdirməyə və bütün Qafqaza keçirməyə çalışır. Bunun Zatulinin Qərb qarşısında öhdəlik olduğunu Kreml öyrənə bilər. Metod sadədir. Zatulinin ikinci, bəlkə üçüncü ailəsi harada və necə yaşayır. K.Zatulin Rusiyanın əsl simasıdır və Rusiyanın tarixində də bu hallar olmalıdır. Rusiyanın tarixi tək güclənməkdən ibarət deyil, həm də dağılmağa doğru sürətlə getməkdən ibarətdir”.


Zəhra
XəzərNews.az


Xəbər 569 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +