21.07.2025 10:55
İran yenidən Ankara və Moskvanı düşmən elan etdi – SƏBƏB?
“İranın bu siyasəti son 10 illikdə ənənəvidir. Məqsədi ABŞ və İsrailin gözünə xoş görünməkdir. Rusiya və Türkiyəyə qarşı ABŞ və İsrailin istənilən tapşırığını yerinə yetirməyə hazır olduğunu nümayiş etdirmək istəyir”.
Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, Rusiya ilə münasibətlərdə inam yaratmaq üçün ali rəhbərin V.Putinə məktubu lazım idi:
“Ə.Araqçı V.Putinə məktub aparmaq adı ilə yalan danışdı və V.Putinlə görüşdü. Rusiya İranın münasibətini bilir. V.Putin şəxsən İranın keçmiş prezidenti İ.Rəisiyə 2 dəfə İsrailə qarşı İranın hücuma getməsini tövsiyəsini verdi, RF tərəfindən tam dəstək veriləcəyini bildirdi. İran 2-3 gün bu təklifi fikirləşdi və sonra “yox” dedi. İki dəfə ardıcıl təkrar olunan RF-in niyə yadından çıxmalıdır?! Rusiya ilə strateji əməkdaşlıq müqaviləsinin hazırlanması da İranın hesabına xeyli yubandı. İndi İran şayiələr buraxır ki, Rusiya etibarsız tərəfdaşdır. Strateji əməkdaşlıq barədə müqavilədə qarşılıqlı hərbi yardımın olmamasının səbəbkarı İrandır”.
Politoloq qeyd edib ki, İranda uzun illərdir elektrik enerjisi qıtlığı var:
“İranın dediklərini əsas götürsək 480 kq 60%-lik uran olub, bunu AES-də elektrik enerjisinə çevirə bilməyib. 6-7 il bundan əvvəl İran Rusiyanın hesabına 2 AES tikəcəyini vəd verdi, müqavilə də imzalandı. Buşerin tikintisinə Rusiyanın sərf etdiyi pulu qaytarmaq da razılaşdırıldı. Təxminən bir il bundan əvvəl İran Rusiya ilə AES tikmək planından imtina etdi. İsrailin müharibəsi ərəfəsində İran yenidən 6 AES tikəcəyini bəyan etdi və bunu da Rusiya ilə edəcəyini bildirdi. Təbii ki, bu siyasi manipulyasiyadan başqa bir şey deyil. Ali rəhbər publik çıxışında V.Putinə müraciət etmək, Rusiya ilə münasibətlərə aydınlıq gətirmək əvəzinə müşavirini V.Putinin yanına göndərir. Bəlkə də ali rəhbər onu göndərməyib, o özü gedib. B.Əsədin yanına da A.Laricanini getmişdi. B.Əsəd İranın Suriyada onun hökumətinin başına açdıqları oyuna görə A.Laricanini qəbul etmədi. Bu, da ola bilər Laricaninin özbaşınalığıdır. Bir əli İrandar, bir əli də artıq ABŞ, İsrailin müəyyən dairələrindədir. Üç qardaş vəzifədə idilər. Biri artıq ailəsi ilə birlikdə Kanadaya köçüb”.
M.Əhmədoğlu qeyd edib ki, Ə.Laricaninin V.Putinlə görüşünü ya Laricaninin, ya da ali rəhbərin hiyləsi kimi qəbul etmək olar:
“Məqsəd Rusiyanın “daxilinə” girməyə imkanları olduğunu ABŞ və İsrailə nümayiş etdirməkdir. Bu qaydada dünən axşamdan Türkiyəyə qarşı siyasətini də çox kəskin düşmənçilik kursuna çevirdilər. Guya R.T.Ərdoğan Suriyanın daxilində nə baş verdiyini, hakimiyyətə gətirdiyinin nə etdiyini bilmədən İsraili top atəşinə tutdu. Bəlkə İran İsraili müdafiə etmək istəyir, İsrailin üzərindən günahı götürmək istəyir. Türkiyənin Suriya siyasətində müzakirə, tənqid olunmalı məsələlər var. Bunların böyük əksəriyyəti İranın Suriyada dominant olduğu dövrdə yaranmış məsələlərdir. İran öz hərəkətlərini təhlil etmədən Türkiyəni də düşmən yerinə qoyur. İsrailin Türkiyəyə və Rusiyaya münasibəti İrana bəllidir. İran yenidən İsrailin əlində buyruq qulu olmaq istəyir. Azərbaycanla da bağlı siyasətinə də buna bənzər fikri bildirmək olar”.
Xəbər 742 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|