Biləcəridə ağır yol qəzası baş verib - VİDEO
Fransa və Azərbaycan diplomatları Bakıda görüşdü
“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində


13.08.2025  14:57 

Zakir Qaralov Prezidentə məktub yazdı





A+  A-

Sabiq Baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevə məktub yazıb.

XəzərNews.az-ın məlumatına görə, Zakir Qaralov dövlət başçısının ABŞ-yə işgüzar səfəri çərçivəsində Ermənistanla imzalanmış sənədləri diplomatik qələbə adlandırıb.

“ABŞ Prezidenti və Ermənistanın Baş naziri ilə imzalanmış tarixi sənədlərdə uzun illər apardıgınız prinsipial, ardıcıl və strateji siyasətin məntiqi nəticəsi kimi milli maraqlarımızın tam şəkildə nəzərə alınmaqla ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın birmənalı şəkildə təsdiq olunması Sizin beynəlxalq aləmdə qazandığınız etimadın növbəti əyani sübutu və təsdiqidir.

Vaşinqton görüşündə ABŞ-Azərbaycan münasibətlərinin əməkdaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkə liderləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Partiyasının hazırlanması məqsədilə imzalanmış “Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” göstərilənlərin məntiqi nəticəsidir.

Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi yadda qalacaq və onilliklər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmasına hüquq verən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dovlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır”, - o qeyd edib.

Z.Qaralov bildirib ki, səfər çərçivəsində ATƏT-in Minsk qrupunun ləğvinə dair iki ölkənin xarici işlər nazirləri tərəfindən birgə müraciətin imzalanması regionda davamlı sülhün və sabitliyin təmin olunmasına təkan verilməsi baxımından çox əhəmiyyətlidir.

Eks-Baş prokuror Azərbaycan-ABŞ münasibətlərində keçmişdən miras qalmış tarixi ədalətsizliyin – 907-ci düzəlişin ABŞ Prezidenti tərəfindən ləğv olunmasını mühüm uğur adlandırıb.

O qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan regionu arasında əlaqənin yaradılmasına xidmət edəcək maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşma Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və rifahın bərqərar olmasına mühüm töhfə verəcək.

Xatırladaq ki, Zakir Qaralov 2000-2020-ci illərdə Azərbaycanın Baş prokuror vəzifəsində işləyib.

Xəbər 1508 dəfə oxunub.




04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +