Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”
Anar Rzayev nəyi yenilik kimi təqdim edir?
Ödənişli yollar bu ərazilərdə tətbiq olunacaq - Açıqlama
Zelenski: “Ukrayna müharibəni yaxşı bitirəcək”
2600 manatlıq birdəfəlik müavinət kimlərə veriləcək?
Karantin rejiminin müddəti uzadıldı - Azərbaycanda
Ukrayna Krıma zərbə endirdi: 3 ölü, 16 yaralı


08.08.2022  10:42 

“Hər şey səfərdə həll olunmalıdır“ - Qurbanov





A+  A-

"Səfərə çox böyük inamla və çəkinmədən gedirik".

XəzərNews.az report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis son dəqiqəyədək yaxşı oyun üçün mabarizə aparmağa çalışacaqlarını bildirib: "Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey səfərdə həll olunmalıdır. Vaxtımız az olsa da, matça hazırlığımız pis getməyib. Futbolçularıma inanıram. Çox yaxşı oyun göstərmək niyyətindəyik".

Qurbanov rəqibin həm hücum, həm də müdafiə potensialının yaxşı olduğunu vurğulayıb: "Hər mövqedə bacarıqlı oyunçuları var. Onları daha yaxından tanıdığımız üçün rahatıq. Bu bizə bir az rahatlıq verə bilər. Amma matçın gedişində gərgin oyun alına bilər. Biz Bakıdakı görüşdə də bir-birimizə oynamaq üçün imkan vermirdik. Düşünürəm ki, Macarıstanda çox hərəkətli qarşılaşma baş tutacaq".

Təcrübəli baş məşqçi hələlik yarımmüdafiə xəttində kimin oynayacağına tam qərar vermədiyini söyləyib: "Oyunçuların sabahkı durumlarına da baxacağıq. Bu gün axşam orada yüngül məşqimiz olacaq. Oyunadək qərar verəcəyik. Futbolçuların hazırlığına sabah da diqqət yetirəcəyik".

Mütəxəssis penaltilərə xüsusi vaxt ayırmadıqlarını diqqətə çatdırıb: "Amma il boyu bunun üçün hazırlıq gedir. Futbolçular bəzi məşqlərdən sonra penaltilər vururlar. İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun".

Qurbanov hər mövqedə etibarlı çıxış etmək istədiklərini deyib: "Hər bir komandanın müdafiəsində açıq zonalar olur. Biz daim buna diqqət yetiririk və boşluqları aradan qaldırmağa çalışırıq. Sabah mütləq yaxşı mübarizə aparmalıyıq. Son saniyələrədək bunu bacarmalıyıq. Rəqib azarkeşlərinin önündə oynadığı üçün bir az üstünlüyə malik ola bilər".

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Xəbər 3358 dəfə oxunub.



22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ


BÜTÜN XƏBƏRLƏR +