Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


28.11.2018  10:04 

İkinci tur başladı - Qalib bu gün bilinəcək





A+  A-

Noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivaniya səsvermənin başlandığını elan edib, bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.

Bildirilib ki, seçkilərin ikinci turu ilə əlaqədar ölkə üzrə 3 min 703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb. Seçki bülletenləri bütün məntəqələrə çatdırılıb.

Seçki məntəqələrinin üçü Azərbaycanda açılıb.

Səsvermə Gürcüstanda yerli vaxtla saat 20:00-da, xarici ölkələrdə isə saat 24:00-da başa çatacaq.

MSK-nın məlumatına görə, ümumi seçicilərin sayı 3 milyon 528 min 658 nəfərdir.

Səsvermənin gedişini seçici subyektlərinin 17 min nəfər nümayəndəsi, 48 min 500 yerli və 1300 beynəlxalq müşahidəçi, eyni zamanda, 2300 yerli və xarici mətbuat nümayəndəsi izləyəcək.

MSK rəsmisi bütün seçiciləri səsvermədə fəal olmağa çağırıb.

Məlumat üçün qeyd edək ki, ikinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və “Güc birlikdədir” birləşmiş müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze mübarizə aparırlar.

Xəbər 3341 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +