Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


24.04.2017  21:09 

Azyaşlıya siqaret verənlər cəzalandırılacaq - VİDEO





A+  A-

İki yaşlı uşağa danışmaqdan qabaq siqaret çəkmək öyrədilib. Sözləri aydın tələffüs edə bilməyən körpə böyük insanlar kimi barmaqlarının arasına siqareti alıb, hətta tüstüsünü üfürür.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, təəssüf və təəccüb yaradan bu görüntülər rayonlardan birində qeydə alınıb.
Həkimlər deyirlər ki, uşağın nəinki siqaret çəkməsi, hətta siqaret çəkilən bir mühitdə olması da onun sağlamlığına ciddi təhlükə yaradır.
İnsanlar belə şəxslərə qarşı ictimai qınağı vacib hesab edirlər.
Hüquqşünas Xəyal Bəşirli qeyd edir ki, qeydə alınan bu fakta görə valideyn İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyət daşıyır. Çünki bu halda valideyn və ya valideyni əvəz edən şəxs uşağın təlim-tərbiyəsının yerinə yetirilməsi qaydalarını pozub və o, 60-100 manat arasında cərimə edilə bilər.


Xəbər 3123 dəfə oxunub.





05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +