Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?
Əliyev Trampa təşəkkür etdi


10.07.2025  15:19 

Ermənistan XİN Paşinyanla Əliyev görüşü barədə bəyanat yaydı





A+  A-

Ermənistan Xarici İşlər Nazirliyi Paşinyanla Əliyev arasında Əbu-Dabidə baş tutan görüşdən sonra bəyanat yayıb.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bəyanatda deyilir:

“2025-ci il iyulun 10-da Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) Ermənistan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidenti görüşüb və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektlərini müzakirə ediblər.

İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli formatı təmsil etdiyi təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb.

Sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən rəhbərlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

Ermənistan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər”.

Xəbər 640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +