İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


09.02.2017  16:41 

Elmar Məmmədyarov Fransanın Dövlət katibi ilə görüşdü





A+  A-


Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Dövlət katibi Jean-Vincent Plase Azərbaycana ilk səfər etməsindən məmnunluğunu ifadə edərək, səfərinin məqsədinin Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində Azərbaycanda uğurla həyata keçirilən elektron hökumət və əhaliyə operativ, şəffaf xidmət göstərilməsi sistemi ilə tanış olmaq olduğunu bildirib. O, bu məqsədlə Azərbaycanda bir sıra dövlət qurumlarında görüşlər keçirdiyini diqqətə çatdırıb.

E.Məmmədyarov Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində elektron hökumətin təkmilləşdirilməsi, əhaliyə xidmət sahəsində şəffaflığın artırılması üzrı ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, bu çərçivədə Azərbaycanda yaradılmış “ASAN Xidmət” modelinin səmərəli fəaliyyətindən söz açaraq, bir çox ölkələr tərəfindən bu modelə xüsusi maraq göstərildiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edilib. Bakıda yenicə açılmış Fransız-Azərbaycan Universitetinin iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə dair həmsöhbətinə məlumat verib. O, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində öz səylərini artırmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin, qarşıqılı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.



Xəbər 1527 dəfə oxunub.




26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +