Neft oliqarxı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb
Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı


15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?





A+  A-

Son günlər ölkədə mal ətinin, xüsusilə erkək dana ətinin qiymətinin artması müşahidə olunur. Bir neçə gün öncəyə qədər kiloqramı 15 manata satılan ət indi bəzi yerlərdə 15,5-16 manata təklif olunur. Qiymət artımı təkcə iri marketlərdə deyil, kiçik satış və kəsim məntəqələrində də qeydə alınıb. Bu da həm alıcıların narazılığına, həm də mövsümün təsiri ilə bağlı sualların yaranmasına səbəb olub. Ancaq bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir.

Bəs yay aylarında maldarlığa marağın və kəsimlik heyvanların sayının azalması ət qiymətlərindəki artımı izah edə bilərmi? Bu, mövsümi dəyişkənlikdir, yoxsa daha ciddi struktur problemin əlamətidir?

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda yerli ət istehsalı ildən-ilə azalır. Buna görə də bütün ilboyu ətin qiymətində bahalaşma müşahidə edilir:

"Əvvəllər yay aylarında təlabat azaldığına görə ətin qiymətində ucuzlaşma müşahidə edilirdi. Amma indi əksinədir, həm tələbat var, həm qiymət artımı".

Akif Nəsirli deyib ki, ölkəmizdə ətin baha olmasının əsas səbəbi heyvandarlığın inkişaf etdirilmə imkanlarının dar olması ilə bağlıdır:

"Gələcəkdə ölkədə heyvandarlığın dəstəklənməsi, işğaldan azad olan ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi mümkün olsa, ətin qiymətində mümkün ucuzlaşma baş verə bilər. Bu gün Azərbaycanda ətin baha olmasının əsas səbəbi heyvandarlığı inkişaf etdirilməsi imkanlarının dar olması ilə bağlıdır. Demək olar ki, bu sahədə idarə etmə yoxdur. Kənd təsərrüfatı sahələri içərisində ən çox bu sahə sıxışdırılıb".

Ekspert vurğulayıb ki, əsasən yayda heyvanların saxlanılma xərcləri artır. Artan xərclər də qiymətlərə daha çox təsir edir:

"Azərbaycanda əsasən ətlik heyvanlar qapalı şəraitdə saxlanılır. Bundan başqa, yay aylarında heyvanlar arasında xəstəliklər çoxalır. Belə olan halda da ətlik üçün saxlanılan danaların tələf olması kimi hallar artır. Qış aylarına nisbətən yayda heyvanları qapalı şəraitdə saxlamaq daha çətindir. Qapalı şəraitdə saxlanılan heyvanlara yay aylarında xüsusi qulluq tələb olunur".

Həmsöhbətimiz ətin bir daha yenidən indiki qiymətdən aşağı satılmayacağını düşünür:

"Artan xərclər də qiymətlərə daha çox təsir edir. Çünki maya dəyəri artır, buna görə də qiymətlər artır. Hesab etmirəm ki, sentyabr, oktyabr aylarında bu artımın geri dönüşü olsun. Yəni ətin bir daha indiki qiymətindən aşağı satılması mümkün deyil. Həmin dövrə qədər də müəyyən qədər inflyasiya gedəcək və qiymətlər bu yay mövsümündən başlayaraq 16 manat civarında sabitləşəcək. Daha sonra isə vəziyytə baxaraq yenidən qiymətləndirmə aparmaq olar".

Akif Nəsirli son olaraq qeyd edib ki, ətin qiymətindəki sabitliyin tarazlanmasına idxal ət artımı dəstək ola bilər:

"Bu gün ölkəyə külli miqdarda ət idxal edilir. İdxal ət daha ucuzdur. Buna görə də ət alan əhalinin idxal ət almağa meyillənməsi daha çox artacaq. Bu da bazarda bir qədər tarazlığın yaranmasına səbəb ola bilər".


Xəbər 1014 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +