Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


26.06.2025  22:15 

Sadə vətəndaş 300–600, keçmiş məmurlar, deputatlar 5.000–9.000 manat pensiya alır - Hüquq müdafiəçisi





A+  A-

"Cəmiyyətin sabitliyi və harmoniyası ilk növbədə sosial ədalət prinsipinin mövcudluğundan asılıdır. Bu günlərdə istiqlalçı deputatlardan biri ilə söhbət edirdim. Dedi ki, cəmi 500 manat pensiya alır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev çıxış edib.

Ə.Əliyev bildirib ki, ortaya çox kəskin və ədalətsiz bir mənzərə çıxdı:

"Sadə vətəndaşların pensiyası: 300–600 manat olduğu halda,keçmiş məmurların, hüquq-mühafizə orqanları rəhbəri olanların, keçmiş deputatların pensiyası: 5.000–9.000 manat təşkil edir.

Bu qədər böyük fərq sosial ədalət prinsipinin pozulduğunu açıq şəkildə göstərir".

Ə.Əliyev müqaisə üçün Almaniyanı nümunə gətirib:

"Almaniyada orta pensiya məbləği 1.500 avro (təxminən 2.800 manat), minimum 1000 avro təşkil edir. Dövlət qulluqçuları üçün maksimum pensiya məbləği isə 3.500 avrodur (təxminən 6.600 manat).

Bu sistemdə də fərq var, amma təhlükəli həddə deyil. Ən az maaşla yaşayanla, ən yüksək rütbəli şəxsin pensiyası arasında maksimum 2-2.5 qat fərq var. Azərbaycanda isə bu 20 qat təşkil edir.

Bir hakimin və ya prokurorun pensiyası hərbçinin pensiyasından 7-8 dəfə, 500 manat pensiya alan bir müəllimin pensiyasından isə 20 dəfə artıq olmamalıdır.

Bu, təkcə iqtisadi məsələ deyil — bu, cəmiyyətə olan ədalət anlayışının göstəricisidir".


Xəbər 1219 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +