Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?





A+  A-

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan Rusiyanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı narahatlığını başa düşür və Şimali Atlantika Alyansı kimi aqressiv hərbi blokla əməkdaşlığın dərinləşdirilməsi risklərini dərk edir” açıqlaması Bakı və İrəvana yönəlmiş açıq təhdiddir.

XəzərNews.az xəbər verir ki, bu sözləri BakuPost-a politoloq Xaqani Cəfərli qeyd edib.

Onun sözlərinə görə, Rusiya postsovet məkanında təsirini sürətlə itirdiyinin fərqindədir və keçmiş sovet respublikalarını təhdid etməklə bu prosesin qarşısını almağa çalışır:

“Mariya Zaxarovanın mesajındakı təhdid aydın olsa da, təhdiddən çıxarılan nəticənin dəqiq olmadığı qənaətindəyəm.

Rusiya çox uzun müddət Avrasiyada Böyük Britaniya istisna olmaqla heç bir dövləti özü üçün rəqib və ya təhdid olaraq görməyib. Bu yanaşmanın təməli Napolen üzərində qələbədən sonra qoyulub və müəyyən korrektlərlə 200 ildir davam edir.

Qərb və ya NATO-ya münasibətinə gəldikdə isə Rusiya ABŞ və Böyük Britaniya istisna olmaqla, Şimali Atlantika Alyansına üzv hər hansısa bir dövləti özünün rəqibi hesab etməyib və bu gün də etmir. Əgər bu iki dövlət NATO-dan çıxsa, Rusiya Şimali Atlantika Alyansını özünə təhlükə görməz.

Türkiyənin Rusiyaya rəqib olduğu iddiasının isə heç bir əsası yoxdur. Rusiya siyasi, hərbi və iqtisadi cəhətdən Türkiyədən daha böyük güc olduğu üçün son 200 ildə onu özünə rəqib görməyib və bu gün də görmür. Rusiyanın rəqibi olmaq üçün ondan böyük siyasi və iqtisadi güc olmaqla yanaşı, nüvə silahına, bu silahı daşıyacaq nüvə triadasına və ən azı 4-cü nəsil silah istehsal edən hərbi sənayeyə malik olmaq vazkeçilməz şərtlərdir. Türkiyə isə bunların heç birinə malik deyil.

İkincisi, Türkiyənin Rusiyaya rəqib ola bilməsi üçün iki dövlət arasındakı ticarət dövriyyəsinin strukturu dəyişməlidir. Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 52.6 milyard dollar olub. Rusiya Türkiyəyə 44 milyard dollarlıq mal satdığı halda, Türkiyədən cəmi 8.6 milyard dollarlıq mal alıb. Türkiyə Rusiyadan əsasən enerji daşıyıcıları və neft məhsulları idxal etddiyi halda, Türkiyənin Rusiyaya ixracatının əsasını kənd təsərrüfatı malları təşkil edib.

Üçüncüsü, “Akkuyu” Atom Elektrik Stansiyasının Rusiyaya həvalə edilməsinin Türkiyəni ən azı qarşıdakı 60 ildə (80 və 105 il çəkəcəyini iddia edənlər də var) Moskvadan asılı edəcəyini nəzərə alanda Zaxarovanın Türkiyəni nəzərdə tutmadığını görmək çətin deyil. Mütəxəsislər bilir ki, Rusiyanın iştirakı olmadan Türkiyə bu stansiyanı işlədə bilməz.

Türkiyənin Rusiyadan enerji daşıyıcılarla bağlı artan asılılığına “Akkuyu” AES-in istifadəyə verilməsi ilə yaranacaq vəziyyəti əlavə edəndə Türkiyə ilə Rusiya arasında rəqabət deyil, asılılığın dərəcəsi müzakirə mövzusu olacaq.

Moskvanın əsarətindən birdəfəlik xilas olmaq istəyən dövlət və xalqlar bilməlidir ki, Avrasiyada Rusiya ilə rəqabət apara biləcək, onu məğlub edəcək yeganə bir dövlət mövcuddur. Bu dövlət dünyanın yeganə siyasi və maliyyə gücü olan Böyük Britaniyadır.

Qarabağın işğaldan azad edilməsi və Suriyada baş verən hakimiyyət dəyişikliyi də bunu sübut edir. Ancaq belə görünür ki, burada səhv anlaşılma hələ də davam edir”.


Xəbər 2054 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +