İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi


01.02.2024  11:59 

Biz sanksiya tətbiq etsək, Fransa nə edəcək? - Deputat





A+  A-

"Bizi sanksiya ilə hədələyirlər. Bu sanksiyalardan qorxmaq lazım deyil".

Xəzərnews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat sanksiya tətbiq edilən İranı nümunə olaraq göstərib:

"İrana sanksiya tətbiq edirlər, amma İran artıq hər şeyini özü istehsal edir. Biz sanksiya tətbiq etsək, çöldə qalacaqlar. Bizi sanksiya ilə hədələmək lazım deyil. Rusiya vurdu Fransanı Afrikadan çıxartdı. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələr daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün ya Rusiyadan keçən yolla, ya da Azərbaycandan keçən yol olmalıdır. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək? Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. O gəlsin, görsün ermənilər burada necə yaşayır. Biz nə kilsə uçuranıq, nə sinaqoq. Gəlsin görsün Şuşada o kilsələri necə təmir edirlər. Amma Allah haqqı mənim əlimdə imkan olsa, mən onları təmir eləmərəm".

Xəbər 2903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +