Bəybala Xankişiyevə “stop“ qoyuldu
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR
Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”


14.06.2022  11:32 

Mövlam Şıxəliyev Zakir Qaralov və Rüstəm Usubovu da “aparır...”





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

XəzərNews.az xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə zərərçəkən və şahidlərin ifadələri dinlənilib. Zərərçəkmişlərdən biri Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə qayınatası Mirbala Əliyev şahid kimi çıxış edib. O, 80 min manat qarşılığında kürəkənini həbsdən azad etdiklərini bildirib: “Mövlam Şıxəliyev, dünya malına bel bağlama. Bu gün siz burada oturmusuz. Qısa ömrünüzü dünya malına fəda elədiz. Bundan sonranızı düşünün, adamların qarşısında üzrxahlıq edin, haqlarını verin”.

Daha sonra Mövlam Şıxəliyev söz alıb: “Mən istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər Baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gələrək həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi, qətimkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım”.

Xəbər 3093 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +