Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı


10.05.2020  17:42 

Zelenski Saakaşvili ilə bağlı gözləntilərindən danışdı





A+  A-

“İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin edilmiş Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin təcrübəsi və investisiya əlaqələri ona yeni vəzifəsində kömək edə bilər”.
XəzərNews.az “Ukrinform”a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Zakarpat vilayətinə səfəri zamanı deyib.

Ukrayna dövlət başçısının sözlərinə görə, Gürcüstanda Saakaşvilinin prezidentliyi dövründə korrupsiya saxtakarlığı xeyli azalmış və müasir gömrük sistemi yaradılmışdı. "O danışıb ki, vaxtilə gömrük sahəsinə yeni şəxslər təyin edib, sonra hamısını qovub. Bir müddət sonra digərlərini təyin edib və yenidən qovmalı olub. Gömrük islahatı belə bir mürəkkəb şeydir", - Zelenski qeyd edib.

Ukrayna lideri onu da əlavə edib ki, Gürcüstanın sabiq prezidenti "bir çox ölkələrlə kifayət qədər güclü investisiya əlaqələrinə malikdir", hansı ki, Ukraynaya düzgün istiqamətdə islahat aparmaqda kömək edəcək.

Xəbər 2919 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +