Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda


01.02.2019  18:05 

“Yeni sədr gələn kimi 50 min fəhləni işsiz qoydu”





A+  A-

Deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyevi sərt tənqid edib.
XəzərNews.az xəbər verir ki, o, parlamentdə çıxışında qeyd edib ki, bu komitəyə yeni sədr təyin edilib: “Adı da Samirdir. Biz o təyin olunanda alqışladıq ki, təzə, cavan adamdır. O gələn kimi bütün tikinti işlərini dayandırdı. Bakı şəhərində 50 min fəhlə hazırda işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini başa düşürmü? Cənab prezidentin əsas qayəsi işsizliyə son qoyulması, özünəməşğulluğun təmin edilməsidir. Oqtay müəllim, bilirsiniz ki, mənim tikinti işi ilə əlaqəm yoxdur. Amma vətəndaşlar da müraciət edir ki, işsiz qalıblar. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda Rüfət Aslanlını da alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma bu insanların məşğulluğuna son qoyub. Xahiş edirəm ki, məsələni diqqətə alasınız”.

Spikerin deputata cavabı belə olub:

“Həmin şəxsin adı var, Samir Nuriyev. 50 min fəhlə harada qalıb? Dəqiqləşdirin məsələləri. Belə dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Niyə bu qədər cavan, ya qoca sözlərini deyirsiz?”

Xəbər 3282 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +