Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


11.09.2017  16:34 

“Pasportumu oğurladılar, həyatım təhlükədədir” - Saakaşvili





A+  A-

Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmasının səbəblərini açıqlayıb.
XəzərNews.az rus KİV-nə istinadən xəbər verir ki, Saakaşvili vətəndaşlıqdan məhrum edilməsinə məhkəmədə etiraz etmək, Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək üçün qayıtdığını deyib.

O, Ukrayna xalqını çox sevdiyini, onlara görə canından keçməyə hazır olduğunu söyləyib. Eks-qubernator onu da qeyd edib ki, həyatı, azadlığı, eləcə də, ölkənin mövcudluğu təhlükə altındadır.

Saakaşvili, həmçinin ukraynalı polisləri pasportunu oğurlamaqda ittiham edib:

“Sərhədə gələn zaman birdən insanlar məni əhatəyə aldılar və apardılar. Bu zaman Ukrayna pasportumu avtobusda qoydum, sonra isə polis gəldi və onu oğurladı”.

M. Saakaşvili onu da əlavə edib ki, Ukraynaya qayıdışı qanunidir və hazırda leqal şəkildə ölkədədir.

Mixail Saakaşvilinin dünən Ukraynaya gəlişi zamanı onu dəstəkləyən tərəfdarları isə həbs edilə bilər. Belə ki, ölkənin Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan sərhədçiləri döyən tərəfdarları 15 ilədək həbs gözlədiyini deyib.

Xəbər 2677 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +