Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


11.07.2025  13:02 

Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto





A+  A-

Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) nəzdində fəaliyyət göstərən Azərbaycan Evini ziyarət ediblər.

XəzərNews.az xəbər verir ki, Diplomatiya Gününə təsadüf edən görüşdə UABD-nin İdarə Heyətinin üzvləri və aktiv diaspor fəalları iştirak ediblər.

UABD-nin sədr müavini, Azərbaycan Evinin icraçı direktoru Elşad İbrahimov Azərbaycanın Ukraynadakı səfirliyinin və bütövlükdə diplomatlarımızın müharibə şəraitində soydaşlarımıza hər zaman dəstək göstərdiklərini bildirib. E.İbrahimov qeyd edib ki, Ukraynadakı diaspora davamlı dəstək göstərən Kiyevdəki Azərbaycan səfirliyinə soydaşlarımızla bağlı ünvanladıqları hər bir müraciət dərhal cavablandırılır, həllinə birgə nail olurlar:

“Səfirliyimizlə birgə keçirdiyimiz tədbirlər və gördüyümüz digər işlər Azərbaycanımızın təbliğinə, burda yaşayan soydaşlarımızın müdafiəsinə yönəlib. Əlbəttə, hazırda Ukrayna təcavüzlə üz-üzədir, amma biz Ukraynada yeganə diaspor təşkilatı olaraq həvəsdən düşmür, atılan raketlər altında belə fəaliyyətimizi davam etdiririk. Düşünürük ki, diaspor fəaliyyəti dinc dövrə baxmayaraq, indki zamanda daha da vacibdir”.

Göstərilən dəstəyə və xoş münasibətə görə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevə və səfirlik əməkdaşlarına təşəkkür edən E.İbrahimov onları Dipomatiya Günü münasibətilə təbrik edib.



Xəbər 2444 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +