Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


08.09.2024  15:06 

Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçməsi üçün hazırlıq işləri görülür -Video





A+  A-

Qazaxın işğaldan azad edilən dörd kəndində - Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində mühəndis-texniki işlər yekunlaşıb. Kəndlərə doğma sakinlərin köçməsi üçün hazırlıq işləri görülür.

Xəzərnews.az "Xezerxeber"ə istinadən xəbər verir ki, sərhədin Azərbaycan hissəsində işlər başa çatıb.

Sərhəd xidmətinin təşkili üçün hər iki tərəfdə mühəndis-texniki qurğular quraşdırılıb.
Ermənistan tərəfinin xidmət postları isə düz kəndlərin yaxınlığında qurulub.

Xeyrimli kəndi ilə Ermənistan arasında sərhəd xətti müəyyənləşdirilib. Ermənistan tərəfindən sərhəddə tikanlı məftillər çəkilib. Qeyd edək ki, kənd Azərbaycana təhvil verilərkən ən çox etirazını bildirən məhz qarşı kəndin sakinləri olub. Hətta onların 12 obyekti sökülüb və ərazi Azərbaycana verilib. Bu istiqamətdə dövlət sərhəd xəttinin yaşayış massivlərinə yaxın olması ilə qarşıdakı Kirants kəndinin sakinlərinin gündəlik fəaliyyətini görmək mümkündür.

Azərbaycanlılara qarşı ən ağır faciələrin yaşandığı Bağanis Ayrım kəndindən isə sadəcə xarabalıqlar qalıb. Ermənistanın əsas tranzit yollarından biri məhz bu kəndin yaxınlığından keçir.

Ətraflı videoda:


Xəbər 6078 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +