Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


09.06.2017  13:39 

18 nömrəli marşrutun istiqaməti dəyişdirildi





A+  A-

18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin XəzərNews.az-a verdiyi məlumata görə, “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayının sərnişin axınına uyğun olaraq 23-dən 33-ə qədər artırılacaq.
İyunun 11-də 7 nömrəli müntəzəm sərnişindaşıma marşurut xəttinin dayandırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, o cümlədən “141” Çağrı Mərkəzinə 18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Bakı Nəqliyyat Agentliyi bununla bağlı aparıdğı manitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik dilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli maşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.
M.Ağayev qeyd edib ki, sərnişinlərin rahatlığının təmin edilməsini prioritet məqsəd olaraq qarşısına qoyan Bakı Nəqliyyat Agentliyi daxil olan şikayət və müraciətləri hər zaman diqqətdə saxlayır və ən önəmli məsələlərdən biri hesab edir.

Xəbər 3035 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +