Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü
Ərdoğan Tramp və Putini bir araya gətirmək istəyir
Şeremetyevoya haker hücumu, uçuşlar dayandı
Qətl törədən 18 yaşlı oğlana hökm oxundu
Sabit tariflərlə bağlı dəyişiklik təsdiqləndi - Sərəncam
Türkiyədə oxuyan tələbələr Azərbaycan universitetlərinə niyə köçürülmür?
Antibiotik iynəsi vurulan kişi öldü


23.07.2025  18:06 

Dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb





A+  A-

Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - deyə məlumatda vurğulanıb.

Xəbər 318 dəfə oxunub.




28.07.2025  12:27 

Sabah 40 dərəcə isti olacaq

28.07.2025  11:40 

Rəşad Nəsirova vəzifə verildi

28.07.2025  11:26 

Rusiya Kiyevə zərbə endirdi


BÜTÜN XƏBƏRLƏR +