Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


28.01.2021  13:22 

İndoneziyada vulkan sutkada 52 dəfə püskürdü





A+  A-

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanında son 24 saatda 52 partlayış qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, təbiət hadisəsi ilə əlaqədar təxminən 200-ə yaxın yerli sakin təxliyyə edilib. Səlahiyyətlilər yerli sakinlərə kül yağışına qarşı maska və qoruyucu eynək taxmasını tövsiyyə edib.

İndoneziyanın Geoloji Texnologiya və Tədqiqat Mərkəzinin məlumatına görə, vulkan püskürməsi ilə meydana gələn lava kütləsi dağın cənub-qərb yamacında 3 min metr aşağı irəliləyib.

Qeyd edək ki, 5 noyabr 2020-ci ildən vulkanda müşahidə olunan yüksək aktivlik səbəbindən dağın 5 kilometr ətrafında heç bir fəaliyyətin aparılmaması barədə xəbərdarlıq olunub.

Xatırladaq ki, Merapi vulkanının 2010-cu ildə böyük püskürməsi nəticəsində 347 insan həlak olmuşdu.

Xəbər 3474 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +