Xanım müavin işdən çıxarıldı
Prezident İlham Əliyev Düşənbəyə səfər edib
Azərbaycanlı Gürcüstanda saxlanıldı
Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham
Müdafiə üzərində işləyirik - Vladimir Putin
Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?
Putin və Əliyev Düşənbədə görüşəcək
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb
DTX rəisi itkin kimi qeydiyyata alınanların sayını açıqladı
Xankəndiyə avtomatla keçmək istəyən şəxsi polis saxladı


19.01.2025  21:07 

“Cəzalandırılmasını tələb edirəm” - Qəzada ölən qızın atası





A+  A-

“Mən qızımı öldürənin cəzalandırılmasını tələb edirəm”.

XəzərNews.az xəbər verir ki, bunu yanvarın18-də İmişlidə yol polisi maşının vurduğu Ayan Məmmədovanın atası Taleh Məmmədov deyib.

Taleh Məmmədov AzadlıqRadiosuna danışıb ki, 11 yaşlı qızı Ayan Yalavac kənd məktəbinin 4-cü sinfində oxuyurmuş:

“Uşaq hazırlığa imtahan verməyə gedib. İmtahanı verib öz yoluyla səki ilə gəldiyi yerdə polis maşını yolda yüksək sürətlə sürürmüş, polis maşının qabağına başqa maşın çıxıb, həmin maşına toxunub, sonra səkiyə dəyib dörd uşağı vurub”.

Taleh Məmmədov danışır ki, meyitlər təhvil verilənə qədər rayonda internet də kəsilibmiş:

“Meyitlər təhvil verilənə qədər internet kəsilmişdi. Dəfn gecə oldu, səhərə saxlamadıq, elə gecə dəfn etdik. Qızım dərslərini elə gözəl oxuyurdu ki, bütün müəllimləri ondan razı idi. Deyirdi, ata, həkim olacağam. Amma belimi qırıb getdi. Hamı təsəlli verir, ancaq övladım qara torpaq altındadır, gecə səhərə qədər qəbrinin üstündə yatmışam”.

Yanvarın 18-də İmişli rayonunda yol polisi maşının törətdiyi qəza nəticəsində iki məktəbli həlak olub. Hadisədən sonra bir qrup rayon sakini etiraz aksiyasına çıxıb. Sosial şəbəkələrdə etirazçıların polis maşınını əhatəyə alıb əzməsi haqda sosial görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi qəzadan sonra yaydığı məlumatda bildirib ki, yol polisi maşınının qarşısına digər bir nəqliyyat vasitəsi çıxıb. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

DİN yaydığı məlumatda bir qrup şəxsin hadisədən sonra xuliqanlıq hərəkəti törədərək, xidməti avtomobilə zərər vurduğunu bildirib. Onların saxlandığı və cinayət işinin başlandığı açıqlanıb.

Yerli mənbələr dünən gecədən İmişlidə çoxlu sayda adamın həbs olunduğunu bildirir

Xəbər 4188 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +