Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


27.06.2023  09:13 

Salyan sakini Cəlilabadda narkotika ilə saxlanılıb





A+  A-

Cəlilabadda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq narkotik aşkarlanıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Elgün Cəbrayılov və Abşeron rayon sakini Ehtibar İsmayılov saxlanılıblar.

Keçirilən baxış zamanı Elgün Cəbrayılovun əlindəki torbanın içərisindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqram 400 qram heroin, 3 kiloqram 700 qram həşiş qətranı, 2 kiloqram marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitəni Bakı şəhərinə aparıb orada deyiləcək ünvanlara çatdırmaq tapşırığı aldıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2859 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +