Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


04.05.2023  09:55 

Rusiya-Ukrayna münaqişəsi necə bitə bilər? - Əliyevin cavabı





A+  A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxış edib.

XəzərNews.az xəbər verir ki, o, konfransda Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starovanın Rusiya-Ukrayna münaqişəsinin necə bitə biləcəyi ilə bağlı sualına belə cavab verib.

“Siz heç kimin cavab verə bilməyəcəyi sualı verdiniz. Ola bilsin mən bilirəm ki, kimsə bunun nə vaxt başa çatacağını bilə bilər, lakin bu, heç bir halda Azərbaycan deyil. Mənim tərəfimdən hər hansı proqnozlar vermək məsuliyyətsizlik olardı. Əlbəttə ki, dünyanın əksər ölkələri kimi biz bu müharibənin mümkün olduğu qədər tez bitməsini istəyirik. Lakin, eyni zamanda, biz realist olaraq başa düşürük, ola bilsin ki, onu mümkün olduğu qədər tez zamanda başa çatdırmaq mümkün olmayacaq. Bu, həmin ölkələrin insanları üçün, Avropa üçün və dünya üçün böyük faciədir”.

Xəbər 2428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +