Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


31.10.2022  09:30 

“Xankəndində ermənilərin mitinqini Kreml təşkil edib“





A+  A-

"Sabah Rusiyanın vasitəçiliyi ilə Soçidə keçiriləcək üç tərəfli görüş öncəsi Kreml Xankəndində ermənilərin mitinqini təşkil edib".

Bu barədə XəzərNews.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazdə deyib.

M.Əsədullazdə bildirib ki, ermənilər Azərbaycanın tərkibində qalmağın əleyhinə etiraz edirlər:

"Bu, Brüsselin irəli sürdüyü sülh müqaviləsinə qarşı Kremlin siyasətidir. Guya bununla göstərmək istəyirlər ki, ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmir. Kim yaşamaq istəmirsə, Qarabağı tərk edə bilər. Bunu Prezident İlham Əliyev də elan edib. Rusiyanın vasitəçiliyi isə Azərbaycana lazım deyil".

Politoloq əlavə edib ki, Rusiya açıq şəkildə Azərbaycana qarşı təhdid siyasəti həyata keçirir:

"Ölkəmizdə Rusiyanın beşinci kolonun nümayəndələri utanmadan Soçi görüşündə Rusiyanın vasitəçiliyini müdafiə edirlər. Rusiyanın Qarabag siyasətini müdafiə edənlər kor və strateji baxışları olmayan Kremlin nökərləridi".

İsmayıl
XəzərNews.az


Xəbər 2443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +