Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


26.01.2021  19:12 

Ermənilər Natəvanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar





A+  A-

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından fotolar və video paylaşıb.
XəzərNews.az-ın məlumatına görə, Deqati Xurşudbanu Natəvanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib:

“Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.

O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi.

Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi.

1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum.

2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım.

Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natəvanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim.

Şairdən qorxan kimdir?”.









Xəbər 5361 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +