Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


09.12.2020  16:54 

Namiq Zeynalov həbs edildi - Yenilənib





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun həbs edilməsi üçün istintaq tərəfindən məhkəməyə təqdimat verilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqda təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

***

Məhkəmənin qərarı ilə Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər 3942 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +