Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


22.11.2020  22:36 

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi





A+  A-

Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb.
XəzərNews.az xəbər verir ki, videogörüntünü Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “facebook” sosial şəbəkəsindəki hesabında paylaşıb.

O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.

Fransa prezidenti deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır.

"Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın", - deyə Makron qeyd edib.

Qeyd edək ki, Fransa dövlət başçısının bu etirafı ilk olaraq onun "Instagram"dakı səhifəsində paylaşılıb.



Xəbər 3697 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +