Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


27.08.2020  10:46 

Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir - XƏBƏRDARLIQ





A+  A-

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir.
XəzərNews.az xəbər verir ki, bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir.

Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar.

“Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər”, - deyə ekspert bildirib.

S.Kosarev həmçinin telefondakı hansı SMS-lərin saytlardan parolları özündə ehtiva etdiyini xatırlamağı məsləhət gördü.

“Hər ehtimala qarşı onlar “səbətə” göndərilməlidir”, - deyə o əlavə edib.

Ekspert bildirib ki, mesajları təmizləməkdən başqa telefondakı məlumatların parol ilə qorunmasına diqqət yetirilməlidir.

“Bu barmaq izi, Face ID və ya rəqəmsal parol yolu ilə edilə bilər. Əsas odur ki, parolda 1, 2, 3, 4, 5 rəqəmləri olmasın. Bundan əlavə, telefon göz qabağında olsa belə kilidlənməlidir”, - deyə S.Kosarev sözlərini yekunlaşdırıb.

Xəbər 3447 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +