Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


16.05.2017  18:01 

“Qızlarımı oxlovla döyürdüm“ - Almaz Ələsgərli





A+  A-

“Belə bir məsəl var ki, uşağa bələkdə olan vaxtından tərbiyə vermək lazımdır. Uşaq böyüyənə qədər bir sözü 100 dəfə deməlisən ki, nəyin necə olduğunu bilsin”.
Bu sözləri əməkdar artist Almaz Ələsgərli "Hər şey daxil” verilişində deyib.

Müğənni bildirib ki, qızları Mədinə və Əminəni uşaq vaxtı çox döyüb:

“Bundan başqa uşağın geni də yaxşı olmalıdır. Bir də görürsən ki, uşağı yaxşı tərbiyə ilə böyüdürlər, amma tamam başqa cür olur. Mən öz qızlarımı döymüşəm. Özü də oxlovla. Məni də uşaq vaxtı anam döyürdü. Anam düşbərə bişirən zaman xəmiri, əti götürüb, kənarda bükürdüm. O da hirslənib, oxlovla mənə vurdu ki, imkan ver, işimi görüm”.

A.Ələsgərli övladlarının şou-biznesdən uzaq qalmağa çalışdıqlarını söyləyib:

"Qızlarım mənim sənətimi davam etdirmədi. Bunu heç mən özüm də, onlar da istəməyib".

(axsam.az)

Xəbər 3043 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +