Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


23.02.2017  17:20 

“Avropa ölkələrinin gözü Azərbaycandadır”





A+  A-

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir.
XəzərNews.az xəbər verir ki, bu sözləri mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, hazırda Avropa ölkələrinin gözü Azərbaycandadır.
“"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan dövləti tərəfindən, prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Layihənin həyata keçməsinə bir neçə il öncə başlanılıb. Dünya iqtisadiyyatında maliyyə böhranın müşahidə edildiyi bir vaxtda bu layihənin həyata keçirilməsi böyük səylər tələb edir. "Cənub Qaz Dəhlizi” layihəsini genişləndirmək fikrimiz var. Bu səbəblə də bu gün burada İon Boru Kəməri ölkələrinin nümayəndələri də iştirak edirdilər".

N. Əliyev qeyd edib ki, layihənin həyata keçirilməsində ən mühüm məsələlərdən biri maliyyə ilə əlaqəlidir: "Dünya Bankı, Asiya İnkişaf Bankının nümayəndələri bu tədbirdə iştirak edirlər. Onlar, bu layihəyə maraq göstərirlər və layihənin maliyyələşməsində iştirak edəcəklər".

Xəbər 5454 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +