Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


20.02.2025  14:16 

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!





A+  A-

Bakı metrosunda Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

O bildirib ki, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq, eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq:

"Hərəkətin təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq. Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək".

Xəbər 2906 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +