Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


26.12.2024  12:04 

Qoşqarın kimliyi müəyyən olundu - Nəşi bu gün ailəsinə veriləcək





A+  A-

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarədə olan sərnişinlərdən birinin Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Unikal"a mərhumun yaxınları məlumat verib. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.

Məlumata görə, o, Qroznıda fəhlə kimi çalışırmış. Ailədə bir qardaş və bir bacı olan Q. Sadıqov subaydır.

Qeyd edək ki, dünənə qədər onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi.

***00:31

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub

Xəzərnews.az xəbər verir ki, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.

Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.

Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Xəbər 5431 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +