MTX-nin direktoru Bakıya gəldi
Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu


16.09.2025  10:41 

Putin iqtisadiyyatın kəskin yavaşladığını etiraf edib





A+  A-

Rusiya prezidenti Vladimir Putin sentyabrın 15-də iqtisadi blok üzvləri ilə iclas keçirərək ölkə iqtisadiyyatının kəskin yavaşladığını etiraf edib.

XəzərNews.az xəbər verir ki, görüşün videosu Kremlin Teleqram kanalında yayımlanıb.

Avqustda keçirilən əvvəlki iclasda 2025-ci ildə ÜDM artımının 1,5%-ə enəcəyi proqnozlaşdırılmışdı.

Putin son iclasda bildirib ki, iyulda ÜDM cəmi 0,4%, ilin ilk yeddi ayında isə 1,1% artıb. “Bu kifayətdirmi? Qarşımıza qoyduğumuz vəzifəni həll edə bilirikmi?” – deyə o, sual edib.

Əvvəllər Rusiya hökuməti 2024-cü ildən sonra bu il ÜDM-in 2,5% artacağını proqnozlaşdırmışdı. Halbuki ötən il artım 4,3% təşkil etmişdi. BVF isə 2025-ci ildə qlobal iqtisadi artımı 3,3% səviyyəsində gözləyir.

Putin iclasda bildirib ki, Rusiya yalnız dünya iqtisadiyyatı ilə ayaqlaşmamalı, həm də onu ötüb keçməyə çalışmalıdır. O vurğulayıb ki, dövlət maliyyəsinin sabitliyi və layihələrin icrası birbaşa iqtisadiyyatın durumundan asılıdır.

Xəbər 2426 dəfə oxunub.



19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +